Türkiyədə meşə yanğını baş verib

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib. Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.

Yanğının söndürülməsinə 6 təyyarə, 10 helikopter və çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31