Rus milyarder Rusiya vətəndaşlığından İMTİNA ETDİ
29 İyun 2023 21:58 DünyaRusiyalı milyarder, "Areti" enerji şirkətinin rəhbəri İqor Makarov Rusiya vətəndaşlığından imtina edib.
Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə "Forbes" məlumat yayıb.
Məlumata görə, milyarder hazırda Kipr vətəndaşlığı daşıyır.
"Forbes"in məlumatına görə, Makarovun 2.2 milyard dollar varidatı var.
Qeyd edək ki, İqor Makarov ötən il Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın sanksiya siyahısına salınmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31