Bu raketlər Ukraynaya VERİLƏCƏK
29 İyun 2023 21:09 DünyaABŞ hökuməti Ukraynaya ATACMS taktiki raket sistemlərinin tədarükünü təsdiqləməyə yaxındır.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Uoll Strit Jurnal" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, sözügedən məsələ ən yüksək səviyyədə qərarın verilməsini gözləyir.
"ABŞ və Avropadakı rəsmilərin sözlərinə görə, əvvəllər buna şübhə ilə yanaşan Ağ Ev qarşıdakı həftələrdə Ukraynaya qarşıdurmada dəstək verməli olduğu qənaətinə gəlib", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31