Pens Ukraynaya GƏLDİ
29 İyun 2023 19:54 DünyaABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Mayk Pens bu gün Kiyevə gözlənilmədən səfər edib və Vladimir Zelenski ilə görüşüb. Onların müzakirəsinin təfərrüatı açıqlanmır.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "NBC Nyus" məlumat yayıb.
Məlumata görə, Pens 2024-cü ildə Amerika prezidentliyinə seçki kampaniyasının başlandığını elan edəndən bəri Kiyevə səfər edən ilk namizəd olub.
"Mən ABŞ-ın azad dünyanın lideri olduğuna inanıram. Bununla belə, buraya sadəcə bir fərd kimi gəlməyim mənim üzərimə düşən işi yerinə yetirmək və ABŞ-dan ukraynalı dost və müttəfiqlərimizi dəstəkləməyə çağırmağa davam etmək əzmini gücləndirir", - Pens bildirib.
Qeyd olunur ki, Pens gün ərzində Kiyevə bitişik bir neçə şəhərə, o cümlədən Buçaya baş çəkib.