"Onlar nəyin bahasına olursa olsun, Rusiyanın uğur qazana bilən ən təsirli bölmələrindən idi”
29 İyun 2023 19:36 DünyaPriqojinin qiyamının nəticəsi odur ki, onun döyüşçüləri artıq Ukraynaya qarşı döyüşməyəcəklər.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
"Rusiya rejiminin dözümlü olması haqqında mif bir daha məhv edildi. Rusiya Hərbi Kosmik Qüvvələrinə böyük zərbə vuruldu. Bundan başqa, "Vaqner" artıq Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməyəcək. Onlar nəyin bahasına olursa olsun, Rusiyanın uğur qazana bilən ən təsirli bölmələrindən idi", - Budanov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31