İran uzaqmənzilli radarların istehsalına BAŞLAYIR

İranın Hava Hücumundan Müdafiə Qüvvələri mümkün təhlükələrə qarşı mübarizə aparmaq üçün bu il qabaqcıl uzaqmənzilli hərbi texnika istehsal etməyi hədəfləyir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Əlirza Səbahi-Fərd deyib.

"Gözlənilən təhdidlərə və mümkün qarşıdan gələn çağırışlara uyğun olaraq, qabaqcıl uzaqmənzilli radarların, raketlərin və pilotsuz təyyarələrin istehsalı ordunun hava hücumundan müdafiə qüvvələrinin bu il gündəmindədir", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31