"Müsəlmanların müqəddəslərini təhqir etməyin fikir azadlığı olmadığını öyrədəcəyik”
29 İyun 2023 18:39 Dünyaİslam və bəşəriyyət düşmənləri polis himayəsi altında təxribatlarla bu ab-havaya kölgə salmağa çalışırlar. İsveçdəki iyrənc hücum da onlardan biridir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu cinayəti törədənlər, fikir azadlığı adı altında buna yol verənlər, bu alçaqlığa göz yumanlar məqsədlərinə çatmayacaqlar. Türkiyə olaraq biz heç vaxt təxribat siyasətinə, təhdid siyasətinə boyun əyməyəcəyik. Terror təşkilatları və islam düşmənləri ilə qəti şəkildə mübarizə aparana qədər reaksiyamızı ən sərt şəkildə göstərəcəyik. Qərbin təkəbbür abidələrinə müsəlmanların müqəddəslərini təhqir etməyin fikir azadlığı olmadığını öyrədəcəyik", - Ərdoğan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31