Fransada etirazçılara divan tutulur: həbs olunanların sayı 150-yə çatıb - YENİLƏNİB - VİDEO

Fransada etirazlar zəminində həbs olunanların sayı 150-yə çatıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin "Twitter" hesabında yazıb.

O bildirib ki, respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi baş verib, bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar olub və ya onların yandırılmasına cəhdlər edilib, hadisələr nəticəsində 150 nəfər həbs edilib.

Qeyd edək ki, daha öncə 77 nəfərin həbs olunduğu açıqlanmışdı.

Xatırladaq ki, Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı qaradərili yeniyetmənin öldürülməsindən sonra ölkədə etirazlar başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31