Fransada polis qaradərili yeniyetməni öldürdükdən sonra iğtişaşlar başlayıb
28 İyun 2023 22:32 DünyaFransanın Nanter rayonunda polis qaradərili yeniyetməni öldürdükdən sonra iğtişaşlar başlayıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Paris yaxınlığında irqi zəmində baş verən hadisə bütün qaradərili yeniyetmələrin qəzəbinə səbəb olub.
Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub. Şəhərdə barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar olub. İğtişaşlar Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə qarşıdurmalar baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31