Kadırov Putinlə selfi paylaşdı - FOTO
28 İyun 2023 19:12 DünyaÇeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında məlumat verib və dövlət başçısı ilə görüşdən çəkilmiş selfi yayıb.
"Görüşümüzdə mən Çeçenistandakı sosial-iqtisadi vəziyyət haqqında məlumat verdim", - Kadırov bildirib.
O qeyd edib ki, Putin Çeçenistan rəhbərindən müsəlmanlara Qurban bayramı münasibətilə təbrikləri çatdırmağı xahiş edib.
Kadırov onu da vurğulayıb ki, Putin xüsusi hərbi əməliyyat zonasında xidmət edən döyüşçüləri ayrıca təbrik etməyi xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31