Priqojinə görə 4 nəfər “qara siyahı”ya ALINDI

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiya vətəndaşı Andrey İvanov və "Vaqner" hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinlə əlaqəli olduğu iddia edilən 4 hüquqi şəxs "qara siyahı"ya salınıb.

Buraya Rusiyanın DM LLC şirkəti, "Midas Ressources" və "Diamville Sau" (hər ikisi Mərkəzi Afrika Respublikasından), "Industrial "Resources General Trading" (Birləşmiş Ərəb Əmirlikləri) daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31