Rusiya ilə bağlı İsrailin şok sənədi SIZDIRILDI

Rusiya Federasiyasında "Vaqner" üsyanı ilə bağlı İsrailin daxili sənədi mediaya sızdırılıb.

Olaylar.az ölkə.az-a istinadən bildirir ki, iyunun 24-də İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Federasiyasında silahlı çevrilişə cəhdlə bağlı əməliyyat müşavirəsi keçirib.

İsrailin "The Times of Israel" qəzeti görüşün sonunda tərtib edilmiş daxili sənədin məzmununu dərc edib:

▪️ "Vaqner" in üsyanı Putinin imicini sarsıtdı və Rusiyanın həm Ukrayna müharibəsində, həm də daxili siyasətdə gücünü zəiflətdi;

▪️ İsrail və Rusiya Federasiyası arasında "incə" münasibətlərə diqqət yetirərək, Ukraynaya həm humanitar, həm də hərbi yardım göstərilməsi tapşırılıb;

▪️ İsrailin müdafiə naziri Yoav Qalanta bu hadisələrin Rusiyanın İran və Suriya ilə münasibətlərinə nəticələrini qiymətləndirmək tapşırılıb;

▪️ İsrail vəziyyətin mümkün pisləşməsi səbəbindən İsrail vətəndaşlarının və Rusiyadan İsrailə qayıtmaq hüququ olan şəxslərin kütləvi şəkildə repatriasiyasına hazırlaşmağa davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31