F-16 qırıcıları ilə bağlı daha bir AÇIQLAMA
27 İyun 2023 20:46 DünyaUkrayna 2023-cü ilin sonuna qədər Qərb tərəfdaşlarından ilk F-16 döyüş təyyarələrini almağa ümid edir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
"Aviasiya koalisiyasına daxil olan demək olar ki, bütün ölkələr Ukraynanı F-16 qırıcıları ilə təchiz etməyə hazırdır. Bəziləri isə bu ilin sonuna qədər bunu edə bilər. İnanıram ki, Ukrayna cari ilin sonuna qədər ilk F-16-lara sahib olacaq", - Yermak bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31