"Vladimir Putinin dediyi təhlükəsizlik zəmanətlərini vermişik"
27 İyun 2023 18:36 DünyaBelarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbərinin ölkədə olduğunu təsdiqləyib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, A.Lukaşenko iyunun 24-də "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinlə aparılmış danışıqların təfərrüatlarından danışıb.
Belarus prezidenti deyib ki, o, Rusiya prezidenti Vladimir Putinin dediyi təhlükəsizlik zəmanətlərini verib. O qeyd edib ki, Priqojin artıq Belarusa təyyarə ilə gəlib və Belarusun "Vaqner"in üzvlərinə yardım və dəstək göstərəcəyini, o cümlədən yaşayış və digər xidmətlər göstərəcəyini təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31