Astanada Suriya danışıqlarında gözlənilməz çıxış: Bu, sonuncu görüşdür- ÖZƏL

Olaylar.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Suriya, Rusiya və İran arasında keçirilən görüş davam edərkən illərdir danışıqlara ev sahibliyi edən Qazaxıstandan gözlənilməz addım gəlib. Suriya məsələsinin həlli üçün Qazaxıstanın paytaxtı Astanada illərdir keçirilən görüşlərdə təəccüblü bir inkişaf yaşanıb. Astanada Türkiyə, Suriya, Rusiya və İran arasında keçirilən görüş dünən başlayıb və bu gün də davam edir. İclasda Türkiyəni xarici işlər nazirinin müavini səfir Burak Akçaparın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Suriyanın "Əl Vətən" qəzetinin Astana danışıqları zamanı Rusiyanın Türkiyənin Suriyadan çıxması üçün təqvim təqdim edəcəyi ilə bağlı iddiası dünən gündəm olmuşdu. Suriya ilə bağlı 20-ci dəfə keçirilən Astana danışıqları çərçivəsində dünən keçirilən dördtərəfli görüşdə Suriya-Türkiyə münasibətlərinin normallaşması üçün yol xəritəsinin ilk dəfə müzakirə edildiyi bildirilib.

Danışıqlar davam edərkən, 2017-ci ildən Suriya danışıqlarına ev sahibliyi edən Qazaxıstan bu gün verdiyi açıqlamada Astana prosesinin tamamlanmasını təklif edib. Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış Astana formatında məqsədə nail olunduğunu bildirərək danışıqları dayandırmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31