ABŞ Ukraynaya 1,3 milyard dollardan çox əlavə yardım vəd edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken müharibədən əziyyət çəkən Ukraynanın enerji və infrastruktur ehtiyaclarına diqqət yetirmək üçün 1,3 milyard dollardan çox əlavə yardım edəcəklərini açıqlayıb. Blinken İngiltərənin ev sahibliyi ilə paytaxt Londonda keçirilən beynəlxalq "2023 Ukraynanın Təkmilləşdirilməsi Konfransı"nda çıxış edib. Ukraynadakı müharibənin yaratdığı yaraları sağaltmaq üçün bir araya gəldiklərini ifadə edən Blinken, "Rusiya məhv etməyə davam edərkən, biz də Ukraynanın, həyatların, ölkənin və gələcəyinin yenidən qurulmasına kömək etmək üçün buradayıq" deyib.

Ukraynada sağalmanın insanların yaşamaq üçün lazım olan hər şeyə sahib olmasını təmin etməkdən daha çox olduğunu ifadə edən Blinken, "Bərpa Ukraynanın təhlükəsiz və müstəqil, Avropa ilə tam inteqrasiya olunmuş, dünya bazarlarına bağlı bir ölkə kimi inkişafının təməlini qoyur" ifadəsini işlədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31