İsveçdən Türkiyə açıqlaması: "İndi vaxtıdır"- ÖZƏL
21 İyun 2023 12:35 DünyaOlaylar.az xəbər verir ki, İsveçin xarici işlər naziri Billstrom Türkiyənin NATO-ya üzv olmasının təsdiqi prosesinə başlamağın vaxtının çatdığını deyib.
İsveçin xarici işlər naziri Tobias Billstrom, İsveçin Türkiyə ilə NATO-ya üzvlüklə bağlı razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirdiyini və Türkiyənin indi üzvlük üçün təsdiq prosesini başlatması lazım olduğunu açıqlayıb. Billstrom Reuters agentliyinə "Bizdən gözlənilən şeyi etdiyimizi düşünürük. İndi Türkiyənin üzvlük üçün təsdiq prosesinə başlamasının vaxtıdır"deyib. Türkiyənin Macarıstanla birlikdə İsveçin NATO-ya üzvlüyünü hələ də təsdiqləməməsi hərbi alyans daxilində mübahisələr yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31