BMT taxıl dəhlizi sazişini davam etdirməyə çağırır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində əməliyyatların sürətləndirilməsinə və bu "həyati vacib" təşəbbüsün genişləndirilməsinə çağırıb. BMT mətbuat katibinin müavini Farhan Haq tərəfindən edilən yazılı açıqlamada, Quterreşin yoxlamaların ləngiməsi və Yujnı/Pivdennıy limanının ləğv edilməsindən təəssüfləndiyi bildirilib. 

Açıqlamada bu vəziyyətin gəmilərin hərəkətliliyinin azalmasına və qlobal bazarlarda ərzaq tədarükünün azalmasına səbəb olduğu qeyd edilib. Bəyanatda BMT-nin taxıl təşəbbüsünə və Rusiya ilə BMT arasında imzalanmış anlaşma memorandumuna tam sadiq olduğu vurğulanaraq, təşəbbüsün xüsusilə Ukrayna və Rusiyada biçin vaxtının başladığı bu dövrdə əhəmiyyətli olduğuna diqqət çəkib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31