Rusiya Zelenskinin iqamətgahını vuracaq? - ÖZƏL

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna prezidenti Volodimir Zelenskinin iqamətgahının raketlə vurula biləcəyini deyib. Şoyqunun bu açıqlaması Avropada ciddi təşviş, eyni zamanda hiddət yaradıb və Rusiya müdafiə nazirinin fikirləri Moskvanın terrorçu ölkə imicini formalaşdırıb. Bəs, doğurdan da Rusiya  Zelenskinin iqamətgahını vura bilərmi?

"OLAYLAR"-ın xəbərinə görə, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, Şoyqunun açıqlamaları daha çox çəkindiriciik və xəbərdarlıq xarakteri daşıyır:

"O demək istəyib ki, "HIMARS" və "Storm Shadow" raketlərinin istifadəsi NATO ölkələrinin faktiki olaraq Ukraynada mübarizə aparması demək olacaq. Beləliklə, sübut olunacaq ki, Rusiya əslində Ukrayna yox, Alyans ölkələri ilə müharibə aparır. Bu, rəsmi Moskvanın iki ilə yaxındır ki, niyə hələ də qələbə qazana bilməməsinin cavabı kimi ictimai rəyə təqdim ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31