Astanada Türkiyə-Suriya münasibətləri MÜZAKİRƏ EDİLDİ
20 İyun 2023 20:11 DünyaRusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinləri Astanada Dəməşq və Ankara arasında münasibətlərin bərpası üçün yol xəritəsinin elementlərini müzakirə ediblər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Dörd ölkənin XİN rəhbərlərinin mayın 10-da Moskvada keçirilən görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, iştirakçılar Suriya-Türkiyə dövlətlərarası münasibətlərinin bərpası üçün müdafiə nazirləri və xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə müzakirə aparıblar", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31