Ukrayna kütləvi HÜCUMA KEÇDİ

Ukrayna Silahlı Qüvvələrinin 150 nəfərlik qrupu Kremennaya şəhərində Rusiya ordusunun müdafiə xəttini yarmağa cəhd edir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Luqansk "xalq milis dəstəsi"nin "polkovnik-leytenantı" Andrey Maroçko deyib.

O bildirib ki, şəhərdə vəziyyət olduqca ağırdır və Ukrayna uzun müddətdir ki, hücum əməliyyatları icra edir:

"Üstəlik, dəfələrlə kütləvi hücum cəhdləri qeydə alınıb. Yəni kiçik qruplarla deyil, təxminən 150 nəfərədək... Düşmən bizim müdafiə xəttimizi yoxlayır və onu yarmağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31