Toyda şampan üstündə dava düşdü
20 İyun 2023 16:53 DünyaStavropol diyarının Mineralnıye Vodı şəhərində qaraçıların toyunda kütləvi dava düşüb, nəticədə polis 30-a yaxın adamı saxlayıb.
Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə şəhərin mərkəzində yerləşən kafedə baş verib. Əyləncə zamanı qonaqlardan biri bilmədən şampan stəkanını digərinin üzərinə aşırdıb və bu da davaya səbəb olub.
Restoran işçiləri onları sakitləşdirməyə çalışsalar da, heç nə alınmadığından hadisə yerinə polis çağırılıb. Hüquq-mühafizə orqanları 29 nəfəri polis bölməsinə aparıb, onlardan 9-u "Xırda xuliqanlıq" maddəsi ilə inzibati protokolla ittiham olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31