Himalay dağlarının 80%-i yox olmaq təhlükəsi altındadır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Qlobal istiləşmə səbəbindən 2100-cü ilə qədər Himalay buzlaqlarının 80 faizi yox ola bilər. Müxtəlif ölkələrin alimləri qərbdə Əfqanıstandan şərqdə Myanmaya qədər uzanan 4,1 milyon kvadrat kilometrlik ərazidə qlobal istiləşmənin təsirlərini tədqiq ediblər. İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) dərc etdiyi tədqiqatdan sonrakı hesabatda Hindukuş və Himalay dağ silsilələrində buzlaqların 10 il əvvələ nisbətən 65 faiz daha sürətli əridiyi aşkar edilib. 

Hesabata görə, 1,5-2 dərəcə selsi istiləşməsi ilə dünyanın ən yüksək dağ silsiləsi 2100-cü ilə qədər öz həcminin 30-50 faizini itirəcək. Əgər dünya 3 dərəcə istiləşməni keçərsə, Himalayların şərqindəki Nepal və Butandakı buzlaqlar öz buzlarının 75 faizini itirmək riski ilə üzləşəcəklər. 

ICIMOD-un 2019-cu ildə dərc etdiyi hesabatda orta qlobal istiləşmənin bölgədəki buzlaqların ən azı üçdə birini itirəcəyi ortaya çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31