“Putin danışıqlara hazırdır” – Peskovdan MÜHÜM AÇIQLAMA
20 İyun 2023 14:52 Dünya"Rusiya lideri Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır".
Olaylar.az Sfera.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Prezident Putin Ukrayna üzrə dialoqa və təmaslara açıqdır", - Kremlin sözçüsü söyləyib. Bununla belə, o qeyd edib ki, hazırda Ukrayna ilə bağlı danışıqlar üçün sabit zəmin yoxdur.
Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolz Putinlə birbaşa danışıqların tərəfdarı olduğunu söyləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31