Almaniyanın əhalisi son 32 ilin ən yüksək artımını qeydə alıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın əhalisi 2022-ci ildə immiqrantların da təsiri ilə bir əvvəlki ilə görə 1 milyon 122 min nəfər artıb. Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsindən bu yana ən yüksək illik artımı qeydə alınıb. Almaniya Federal Statistika İdarəsi (Destatis) əhalinin artımı ilə bağlı 2022-ci ilin yekun məlumatlarını açıqlayıb. Destatis vurğulayıb ki, ötən il əhalinin sayının artması Almaniyaya əcnəbilərin köçməsi ilə bağlıdır. 

Xalis miqrasiya 2021-ci ildəki 329 mindən keçən il 1,46 milyona yüksəlib. Ötən il Almaniyaya gələn ukraynalıların sayı 915 min olub. Əvvəlki illərdə olduğu kimi, ötən il doğulanlardan daha çox insan ölüb. Alman iqtisadiyyatının qocalmış əhaliyə görə hər il yüz minlərlə ixtisaslı mühacirə ehtiyacı olduğu halda, keçən il əmək qabiliyyətli immiqrantların gəlməsi əhalinin qocalmasını kompensasiya etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31