ABŞ kürd təşkilatlarının Suriya hakimiyyəti ilə qarşılıqlı əlaqəsinə mane olur - ÖZƏL

"ABŞ hökuməti Suriyadakı bir sıra kürd təşkilatlarını dəstəkləməklə onların Dəməşqlə dialoqa girməsinə mane olur".

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. "Əlbəttə, amerikalılar öz administrasiyası ilə kvazi-dövlət yaradan bir sıra kürd təşkilatlarına arxalanır və onlara dəstək verirlər. Bu, qətiyyən yolverilməzdir. Bu, Suriya dövlətinin ərazi bütövlüyü və suverenliyinin pozulmasıdır. Təbii ki, biz kürd problemlərinin dialoq yolu ilə həllinin tərəfdarıyıq. Lakin təəssüf ki, amerikalılar bunda maraqlı deyillər və kürd müttəfiqlərinin Dəməşqlə konstruktiv dialoqa getməsinə imkan vermirlər" - deyə, Boqdanov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31