Bolqarıstan Milli Televiziyası Ukrayna dilində xəbərlər yayımlamağa başlayıb- ÖZƏL
20 İyun 2023 14:14 DünyaOlaylar.az xəbər verir ki, Bolqarıstan Milli Televiziyası öz verilişlərinə gündəlik Ukrayna xəbər bülleteni əlavə edib. Hazırda yeni mediada və Bolqarıstan Milli Televiziyasının (BNT) saytında yayımlanan 6-10 dəqiqəlik bülletenin aparıcısı Mariya Plaçkova mətbuata bildirib ki, bu xəbər əksəriyyəti mühacir olan ukraynalılar üçün hazırlanıb.
Ukraynanın Sofiyadakı səfirliyinin yazılı açıqlamasında belə bir addım atdığı üçün BNT rəhbərliyinə təşəkkür edilib. Həmin kanal türk dilində xəbərlər də təqdim edir. Bolqarıstan Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcından bəri Kiyev administrasiyasını dəstəkləyib və qapılarını müharibədən qaçan, əsasən də qadın və uşaqlar olan mühacirlərə açıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31