Rusiya Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılmasında irəliləyiş əldə edəcəyinə ümid edir - ÖZƏL

"Rusiya Suriya ilə Türkiyə arasında əlaqələrin normallaşdırılması üzrə yol xəritəsi üzərində işlərin davam etdiriləcəyinə ümid edir".

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Dörd ölkə - Türkiyə, Suriya, Rusiya və İran arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilir. Biz Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması məsələsi üzərində işləyirik", - diplomat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31