BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Astana danışıqlarında iştirak etməyi planlaşdırır — ÖZƏL

"BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen iyunun 20-21-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Suriya üzrə beynəlxalq toplantıda iştirak etməyi planlaşdırır".

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.
"Həmişə olduğu kimi, müşahidəçi ölkələrin nümayəndələri danışıqlarda iştirak edəcəklər. Bunlara Suriyanın qonşu ölkələri İraq, Livan və İordaniya daxildir" - deyə Boqdanov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31