Rusiya nefti Pakistanın çətin iqtisadi vəziyyətini yüngülləşdirməyə kömək edəcək - ÖZƏL

"Rusiya neftinin tədarükü Pakistanın çətin iqtisadi vəziyyətini yüngülləşdirməyə kömək edəcək".
Olaylar.az xəbər verir ki, bunu Pakistanın Çindəki səfiri Moin ul Haque bildirib.
"Rusiya neftinin ilk yükü bu yaxınlarda ehtiyatlı satınalma prosesindən keçdikdən sonra Pakistana gəlib. Bu əməliyyat bütün dünyada yanacaq qiymətlərinin artması, eləcə də Pakistanın çətin iqtisadi vəziyyəti, enerji təchizatı fonunda Pakistan xalqına fayda gətirmək məqsədi daşıyır" - deyə, Haque bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31