"Miqrant qayığını Yunanıstan polisi batırdı"- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yunanıstanın Peloponnes yarımadasında çərşənbə günü baş verən qayıq qəzası ilə bağlı müzakirələr davam edir. Sağ qalan miqrantlar qayığın çevrilməsində Yunanıstan Sahil Mühafizəsini günahlandırırlar. Birləşmiş Millətlər Təşkilatı məsələni araşdırmağa çağırıb. "Yunanıstan Sahil Mühafizəsi bizə yaxınlaşdı və bizi kəndirlərlə çəkməyə başladı. Qayıq sola əyilməyə başladı. Sonra batmağa başladıq. Biz qışqırır, sağ qalmağa çalışırdıq. Sahil Mühafizəsi arxaya dönüb uzaqlaşdı". 81 nəfərin cəsədlərinin tapıldığı və yüzlərlə adamın itkin düşdüyü qəzadan sonra gözlər Yunanıstan Sahil Mühafizəsinə çevrilib. 

BMT hadisəni araşdırmağa çağırıb. Yunanıstan Sahil Mühafizəsi qəza günü gəmidə heç bir problem olmadığını və gəminin İtaliyaya doğru getdiyini açıqlayıb. Lakin kruiz izləmə məlumatları əksini göstərir. Hərəkət analizinə görə, qayıq batmadan yeddi saat əvvəl hərəkətdə olmayıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) "Bu qəzanın qarşısı alına bilərdi" bəyanatı verib və məsələnin araşdırılmasını tələb edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31