Suriya üzrə 20-ci Astana danışıqları başlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Suriya böhranının həlli üçün Türkiyə, Rusiya və İran arasında qurulan Astana danışıqlarının qarantları Qazaxıstanın paytaxtında 20-ci dəfə bir araya gəlib. 

Danışıqlar saat 07:00-da Astanada mehmanxanada qarant ölkələr arasında ikitərəfli texniki görüşlərlə başlayıb. Türkiyə nümayəndə heyəti Qazaxıstanın paytaxtında keçirilən sayca 20-ci görüş çərçivəsində ilk görüşünü İran nümayəndə heyəti ilə keçirib. Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçaparın rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiyadan xarici işlər nazirinin müavini Mixail Boqdanov və İrandan isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31