5 gün rəqs edərək “Ginnesin Rekordlar Kitabı”na DÜŞDÜ - FOTO
19 İyun 2023 23:13 DünyaHindistanlı Sruşti Sudhir Caqtap 5 gün rəqs edərək "Ginnesin Rekordlar Kitabı"na düşüb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, fərdi olaraq ən uzun rəqs rekordu qıran 16 yaşlı Caqtap 127 saat rəqs edib.
Rekordçunun rəqsdən sonra bir gün yatdığı bildirilir.
Mayın 29-da rəqsə başlayan Caqtap iyunun 3-dək rəqs edib.
Hindistana xas olan Kathak rəqsinə üstünlük verən gənc qız bu rəqsi ölkəsini təmsil etmək arzusunu reallaşdırmaq üçün etdiyini bildirib.
Bu rəqsə 15 ay hazırlaşdığını bildirən Caqtap ev sınaqları zamanı 126 saat rəqs etməyi bacardığını bildirib.
Əvvəlki rekord 2018-ci ildə Nepalda 126 saatla yenilənmişdi.
Rəqs edən gənc rekordçunun yorulduğu anlar olsa da, ailəsinin ona hər zaman dəstək olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31