"Sizə deyəcək dəqiq bir şeyim yoxdur, prezident bunu etmək niyyətindədir" - AĞ EV
19 İyun 2023 21:41 DünyaABŞ Prezidenti Co Bayden Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirəcəyinə ümid edir.
Trend xəbər verir ki, bunu brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
Onun sözlərinə görə, mümkün görüşün tarixi barədə məlumat yoxdur.
"Sizə deyəcək dəqiq bir şeyim yoxdur. Prezident bunu etmək niyyətindədir. Konkret bir şey, görüşün tarixi barədə məlumat yoxdur", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31