Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfərə gəlib
19 İyun 2023 20:13 DünyaMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 19-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə rəsmi səfərə gəlib.
Olaylar xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili (Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri), Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Azər Kərimli, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Vyana Beynəlxalq hava limanında nümayəndə heyətini Avstriya parlamentinin Protokol İdarəsinin rəisi Eva Russek, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31