Qətər və BƏƏ diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəliblər - ÖZƏL

"Qətər və Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər və iki dövlətin səfirlikləri və konsulluqları bazar ertəsi işə başlayacaq".

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Qətər Xarici İşlər Nazirliyindən verilib. "Hər iki dövlətin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə dair razılığı və istəyi əsasında Qətər və BƏƏ Qətərin Əbu-Dabidəki səfirliyi və Dubaydakı konsulluğu, habelə BƏƏ səfirliyinin işini bərpa etməklə diplomatik münasibətlərin bərpa olunduğunu elan edirlər" - Qətər Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31