Hava Hücumundan Müdafiə sistemləri bir gecədə Krımın şimalında iki pilotsuz təyyarəni vurub - ÖZƏL

"Krımın şimalında hava hücumundan müdafiə sistemləri iki pilotsuz uçan aparatı vurub".

Olaylar.az xəbər verir ki, bunu region rəhbəri Sergey Aksyonov bildirib.
"Gecə hava hücumundan müdafiə sistemi Krımın şimalında aşağı hündürlükdə uçan iki pilotsuz təyyarəni vurub. Xahiş edirəm, sakit olun və yalnız təsdiqlənmiş məlumat mənbələrinə etibar edin" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31