Ermənistanda Hindistan vətəndaşı amansızlıqla qətlə yetirildi: digərinin vəziyyəti ağırdır
19 İyun 2023 14:49 DünyaDaha bir hindistanlı bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, İrəvanda dava zamanı Hindistan vətəndaşı qətlə yetirilib.
Məlumata görə, qətlə yetirilən A.Suradi adlı 24 yaşlı Hindistan vətəndaşıdır. Məhkəmə tibbi ekspertizasının ilkin rəyinə görə, onun kürəyində deşilmiş-kəsilmiş yara olub.
Məlumata görə, Asratyan küçəsindəki dava yerindən sinəsində bıçaq yarası və kəllə-beyin travması ilə digər Hindistan vətəndaşı - 31 yaşlı M.Lindon xəstəxanaya çatdırılıb. Polislər üzərində qan izləri olan və geyimləri yırtılmış daha bir neçə Hindistan vətəndaşını saxlayıblar.
Fakt üzrə cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31