Nepalda daşqın nəticəsində ölənlərin sayı 5-ə çatıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Nepalda musson yağışları səbəbiylə sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 5-ə yüksələrkən, 28 nəfərin itkin düşdüyü bildirilir. 

Asian News İnternational (ANI) xəbərinə görə, ölkədə ötən həftədən bəri təsirli olan musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri ölkənin şərqində 4 bölgədə dağıntı və insan tələfatına səbəb olub. Polis Sankhuwasabha, Taplejung, Panchthar və Dhankuta bölgələrini təsir edən fəlakətdə ölənlərin sayının 5-ə yüksəldiyi və 28 nəfərin hələ də itkin düşdüyü barədə məlumat paylaşıb. Nepalın İnfrastruktur və Nəqliyyat naziri Prakash Jwala sel və torpaq sürüşmələrindən zərər çəkmiş ərazilərdə bəzi yol və körpülərin dağıldığını, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Qarşıdakı həftələrdə yağışların ölkəyə yayılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31