Moskva Dnestryanıda rus qoşunlarına qarşı təxribatları hücum kimi qiymətləndirəcək - ÖZƏL

"Moskva Dnestryanı ətrafında vəziyyətin sabitliyini pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edir və orada rus hərbçilərinə qarşı təxribatları Rusiyaya hücum kimi qiymətləndirəcək". 

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.
"Biz Dnestryanı ətrafında sabitliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik. Rusiya hərbçiləri birgə sülhməramlı qüvvələrin və Rusiya qüvvələrinin əməliyyat qrupunun tərkibində legitim əsaslarla regiondadır" - diplomat vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31