Türkiyənin ilk təyyarə zavodu yenidən İŞƏ BAŞLAYACAQ

Türkiyənin Kayseri vilayətində təyyarə və helikopter hissələri istehsal edən ilk aviasiya zavodu olan TOMTAŞ yenidən işə başlayacaq.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Məlikqazi bölgəsində tikilən zavodun yenidən işə salınması üçün 205 milyon lirə sərmayə qoyulub. İlk mərhələdə TOMTAŞ-da 50 nəfər işlə təmin olunacaq.

Zavodda qanadlar, qapılar, idarəetmə panelləri və digər təyyarə hissələri, həmçinin helikopter pərvanələri və mühərrik hissələrinin istehsalı planlaşdırılır. Müəssisə ildə 420 kq-a yaxın məhsul istehsal edə biləcək. Ümumilikdə zavoddan 10 milyon 207 min 500 dollarlıq avadanlıq alınacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31