Belçikada "isti dalğası" xəbərdarlığı - ÖZƏL

Olaylar.az xəbər verir ki, Belçika Kral Meteorologiya İnstitutu son həftələrdə yüksək temperatur və yağıntıların olmaması fonunda "isti dalğası" barədə xəbərdarlıq edib.

Buludlu və yağışlı havası ilə tanınan Belçikanın paytaxtı Brüsseldə həftəsonu havanın temperaturu 31 dərəcəni keçib. Ölkənin ən yüksək zirvəsi olan Ardennes bölgəsində havanın temperaturu 25-27 dərəcə səviyyəsində ölçüldü. Kral Meteorologiya İnstitutu "isti dalğası" xəbərdarlığı və "sarı" kod xəbərdarlığı verib. Ozon çirklənməsinin də yüksək olacağını bildirən İnstitut Ozon Sızması Planını aktivləşdirib. Bu xəbərdarlıq səviyyəsi geniş ictimaiyyəti, eləcə də səhiyyə və şəxsi qayğı mütəxəssislərini məlumatlandırmağa, xüsusilə qayğıya ehtiyacı olan insanlar üçün lazımi tədbirləri görmələrini təmin etməyə xidmət edir. Temperatur və quraq hava şəraitinin ən azı daha bir həftə davam edəcəyi gözlənilir. Ölkədə yazda günəşli gün olmayıb, havanın temperaturu normadan az qala 10 dərəcə aşağı olub. Beləliklə, ölkə yaz ayı olmadan birbaşa yaya keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31