Çin nüvə başlıqlarının sayını artırıb - ÖZƏL
12 İyun 2023 15:24 DünyaOlaylar.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dərc etdiyi hesabatda dünyada nüvə başlıqlarının sayının artdığı bildirilib. Hesabatda Çinin 2022-ci ilin yanvarında 350 nüvə başlığına malik olduğu, 2023-cü ilin yanvarında bu rəqəmin 410-a yüksəldiyi bildirilib.
Baş qərargahı İsveçin paytaxtı Stokholmda yerləşən, silahlı münaqişələr, hərbi xərclər və silah ticarəti, tərksilah və silahlara nəzarətlə bağlı məlumatları təhlil edən SIPRI nüvə başlıqlarına malik ölkələr haqqında hesabat dərc edib. Dünyada 12 min 512 nüvə başlığı olduğunu bildirən SIPRI, bunlardan 9 min 576-nın istifadəyə yararlı döyüş başlığı olduğunu bildirdi.
Bunlardan təxminən 3844 döyüş başlığı raketlər və təyyarələrlə birlikdə yerləşdirilib, onlardan təxminən 2000-i yüksək əməliyyat hazırlığında saxlanılıb. Yəni, onlar raketlərə və ya nüvə bombardmançılarına qoşulan aviabazalarda saxlanılır.