Ukraynalı məmurlar orduya ayrılan pulları kifayət qədər mənisəyib - ÖZƏL
12 İyun 2023 12:36 Dünya"ABŞ Ukraynaya 40 milyard dollar hərbi yardım ayırıb. Ukrayna müdafiə olunur, Rusiyanın irəliləyişini kifayət qədər durdurub. Amma, dövlət sistemində korrupsiya qalmaqdadır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sölərinə görə, ABŞ bu pulu nağd şəkildə Ukraynaya ayırsaydı, V. Putin çoxdan Kiyevi işğal etmişdi. Çünki, Ukraynada sistem 30 ildir ki, korrupsiya və dövlət əmlakının talanmasında öncül yerlərdən biri olub. Ukraynalı məmurlar orduya ayrılan pulları kifayət qədər mənisəyib:
"Prezident V. Zelenski təmizləmə işləri aparır. Müəyyən dərəcədə korrupsiyanın qarşısını almağa çalışır. Ukraynadakı sistem heçdə ideal deyil. Prosesi Vaşinqton idarə edir. Ukraynada məmur sistemi 30 ildir kriminal düşüncəyə malik olub. Bu müharibə geopolitik müharibədir. Qəhrəman Ukrayna əsgəri həm ölkəsinin, həm də regionun azadlığı uğrunda Rus raşizminə qarşı vuruşur. Bu müharibədə qalib Ukrayna əsgəri olacaq".