Ukrayna qoşunları Donetsk bölgəsində zərbələrə hazırlaşır - ÖZƏL

"Ukrayna qüvvələri Uqledar və Avdeyevka ətrafına bölmələri cəmləyib, bu ərazilərə zərbə endirmək istəyir".

Olaylar.az xəbər verir ki, bunu DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilinin müşaviri Yan Qaqin bildirib.

"Hazırda Uqledar və Avdeyevka sektorları ən aktiv və gərgin sektorlardır. İndi Ukrayna qoşunları məhz Donetsk ərazisini perspektivli hesab edirlər. Ukrayna ordusunda kifayət qədər ciddi qüvvələr cəmləşib, onlar həmin ərazidə şəxsi heyət və texnika toplamaqda davam edirlər" - deyə, o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31