Rusiya ilə Ukrayna arasında 189 əsir dəyişdirilib - ÖZƏL
12 İyun 2023 11:06 DünyaOlaylar.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında son əsir mübadiləsində 189 əsgər evlərinə qayıdıb.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak 95 ukraynalı əsgərin Rusiyadan çıxarıldığını açıqlayıb. Yermak, "95 insanımızı evlərinə qaytarırıq. Ukrayna prezidenti Vladimir Zelenskinin "hamını geri qaytarmaq" missiyasını yerinə yetirməyə çalışırıq" deyib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, "Danışıqlar prosesi nəticəsində əsir düşən və ölüm təhlükəsi ilə üzləşən 94 rus əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən geri gətirilib. Lazımi tibbi və psixoloji dəstək göstəriləcək" deyilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31