Almaniyada gənc kişilər qadınlara qarşı zorakılığı “məqbul” hesab edir - ÖZƏL

Olaylar.az xəbər verir ki, hender bərabərliyi tərəfdarlarının qəzəbinə səbəb olan yeni araşdırmaya görə, Almaniyada gənc kişilərin üçdə biri qadınlara qarşı zorakılığı məqbul hesab edir.

Plan International Germany uşaq xeyriyyə təşkilatının sifarişi ilə keçirilən sorğunun nəticələri regional Westdeutsche Allgemeine Zeitung qəzetində dərc olunub. Onlayn araşdırma üçün Almaniyada 18-35 yaş arası 1000 kişi və 1000 qadından ibarət qrupa kişilik haqqında fikirləri soruşulub. Bu yaş qrupundakı kişilərin 34 faizi keçmişdə "hörmət aşılamaq" üçün qadın partnyorlarına qarşı zorakılıq tətbiq etdiyini etiraf edib. Yüzdə 33-ü həyat yoldaşı ilə mübahisə edərkən arabir "əllərini qaldırmağı" məqbul hesab etdiklərini söyləyib. Qurbanların günahlandırılmasına və ikili standartlara münasibəti araşdıran sorğu, kişilərin yüzdə 50-nin bir neçə cinsi partnyoru olan bir qadınla münasibət qurmaq istəmədiklərini, sorğu edilən qadınların isə yüzdə 20-nin bu ifadə ilə razılaşdığını göstərib. Sorğu həmçinin kişilər və qadınlar arasında münasibətlərdə gözləntilərin çox fərqli olduğunu ortaya qoyub. Kişilərin 52 faizi "evdar qadın modeli" kimi bir münasibət istəyirdi. Almaniya Federal Cinayət Polisinin (BKA) məlumatına görə, 2021-ci ildə Almaniyada 115 min qadın partnyor zorakılığının qurbanı olub. BKA məlumatlarına görə, Almaniya da Avropada ən yüksək qadın qətli nisbətlərinə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31