"Mən Avropa Birliyinin ürəyini - açıq daxili sərhədləri qorumaq istəyirəm"

Almaniyanın daxili işlər naziri Nensi Feser Avropa İttifaqı (Aİ) daxilində stasionar sərhəd nəzarətinin tətbiqinə qarşı çıxıb və Almaniyadakı qaçqınların sayının tezliklə azalacağına ümid etdiyini bildirib.

Olaylar.az report-a istinadən xəbər verir ki, o, bu fikrini "Bild am Sonntag" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Mən Avropa Birliyinin ürəyini - açıq daxili sərhədləri qorumaq istəyirəm. Maneələrin bərpası bizi onilliklər geriyə aparardı. Bu, iqtisadiyyatımıza və ailələrə böyük ziyan vuracaq"-deyə, o vurğulayıb.

Eyni zamanda, nazir ittifaq ölkələri arasında Aİ-də qalmaq perspektivi olmayan qaçqınlara qarşı daha sərt münasibəti nəzərdə tutan razılaşmanın tərəfdarı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31