“Qladiator 2”-nin çəkiliş meydançasında PARTLAYIŞ
10 İyun 2023 22:49 Dünya"Qladiator 2" filminin Mərakeşdə aparılan çəkilişləri zamanı bədbəxt hadisə baş verib.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, döyüş səhnələrindən birinin çəkilişi zamanı partlayış olub və heyətin 6 üzvü yaralanıb.
"Variety"nin məlumatına görə, ağır yanıq xəsarəti alan 4 nəfər hələ də xəstəxanadadır.
Qeyd edək ki, "Qladiator"un birinci bölümündə baş rolu Hollivud ulduzu Rassel Krou canlandırsa da, ikinci bölümdə bu iş Pol Meskalə həvalə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31