Yaşar Gülər və İraqın müdafiə naziri arasında telefon danışığı olub

Türkiyənin yeni təyin olunan müdafiə naziri Yaşar Gülərlə ​​İraqın müdafiə naziri Sabit Məhəmməd Səid Rıza Əl Abbasi arasında telefon danışığı baş tutub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Telefon danışığı zamanı İraqın müdafiə naziri, Yaşar Güləri yeni vəzifəsinə görə təbrik edib, uğurlar arzulayıb və iki nazir qarşılıqlı səfər barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31